Döyüş mövqelərində mühəndislik işi həyata keçirən erməni hərbçilər yaralanıb.
"Qaynar" cebhe.info-ya istinadən xəbər verir ki, partlayıcı qurğunun detonasiyası nəticəsində yaralanan hərbçilər barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artçun Ovannisyan verib. Maraqlıdır ki, hadisə 28 fevralda baş versə də rəsmi məlumat bu gün yayılıb.
Onun sözlərinə görə, müxtəlif dərəcəli qəlpə yaraları alan hərbçilər nazirliyin Mərkəzi Klinik Hərbi Hospitalına yerləşdirilib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Qaynar.Az