Xəbər lenti

Erməni jurnalistin Qarabağla bağlı sualına Zaxarovadan cavab
Siyasət17:40 11.02.2021

Erməni jurnalistin Qarabağla bağlı sualına Zaxarovadan cavab

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir”.
Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Zaxarova erməni jurnalistin Əsgəran üzərindən Vardenis-Ağdərə və Ağdərə-Xankəndi yolu ilə hərəkətin bərpası məsələsinin Qarabağ üzrə üçtərəfli işçi qrupun müzakirəsinə çıxarılacağı ilə bağlı sualına cavabında bildirib:
"Xatırladım ki, üç ölkə liderlərinin 9 noyabr tarixli bəyanatının 6-cı bəndinə uyğun olaraq Dağlıq Qarabağla Ermənistan arasındakı əlaqə Laçın dəhlizi ilə həyata keçirilir. Bunu siz də bilirsiniz”.