Xəbər lenti

Erməni klubunun oyununda Azərbaycan sədaları - QALMAQAL
İdman04:21 21.06.2013

Erməni klubunun oyununda Azərbaycan sədaları - QALMAQAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyunun 17-də Gürcüstanın "Dinamo" (Tiflis) və Ermənistanın "Şirak" (Gümrü) klubları arasında keçirilən yoldaşlıq görüşündə qalmaqal baş verib.

Qaynar.info-nun Qol.Az-a istinadən verdiyi xəbərə görə, Tiflisdə baş tutan görüşün ardından gürcü azarkeşlər azsaylı erməni fanatlara hücum çəkərək onlara tərəf şüşə su qabları tullayıblar.

Lakin stadionun təhlükəsizlik xidmətinin əməkdaşları və polisin yardımı ilə erməni azarkeşlər arenanı tərk ediblər. Bu oyun üçün Gümrüdən gələn 40 azarkeş Tiflisdə yaşayan daha 60 erməni futbolsevərlə birləşərək stadiona getmişdilər.

Gürcü azarkeşlərinin sərt davranışlarına erməni fanatların "tasib" (şərəf, ləyaqət) şüarlarını işlətmələri səbəb olub. "Şirak" klubun mətbuat katibi Anna Tadevosyan isə deyilənləri təkzib edib:

"Azarkeşlərimiz hər zaman "tasib" (şərəf, ləyaqət) deyə çığırırlar. Lakin gürcülər iddia edirlər ki, fanatlarımız "Rusiya, Rusiya" şüarını səsləndiriblər. Gürcü azarkeşlər də buna cavab olaraq "Azərbaycan, Azərbaycan" deyə qışqırıblar. Məsələ ilə bağlı UEFA-ya şikayət etməyəcəyik. Birincisi bunu özümüz istəmirik, ikinci isə yoldaşlıq görüşü olduğundan şikayətə ehtiyac duymuruq. Amma stadion və "Dinamo" klubunun rəhbərliyi "Şirak" komandası və azarkeşlərindən üzr istəməlidir".

Qeyd edək ki, "Dinamo" - "Şirak" matçı 1:1 hesabı ilə başa çatıb.

qaynar.info