Xəbər lenti

Erməni müxalifəti nə istəyir: “Azərbaycana müharibə elan etməliyik”
Siyasət10:56 14.12.2022

Erməni müxalifəti nə istəyir: “Azərbaycana müharibə elan etməliyik”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təbii ki, 9 noyabr bəyanatının müddəalarının həyata keçirilməsini təmin etmək üçün əsas missiya Rusiya sülhməramlılarının üzərinə düşür, lakin bu o demək deyil ki, Ermənistan kənara çəkilməlidir. Hökumət öz soydaşlarını qorumaq üçün hərbi əməliyyatlara qədər tədbirlər görməyə borcludur. 
Qaynarinfo xəbər verir ki, bu barədə dekabrın 14-də erməni jurnalistlərinə müsahibəsində "Hayastan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyan bildirib.
"Lazım gələrsə, Azərbaycana müharibə elan etməliyik. Bəs nə etməliyik?”, - deyə o bildirib. Onun sözlərinə görə, Azərbaycan Ermənistanı Qarabağla birləşdirən yolu bağlamaqla insanları öldürməyə və ya erməniləri Qarabağdan qovmağa çalışır ki, bu da soyqırıma bərabərdir.
"Bu yol təcili olaraq çox sərt tədbirlərlə açılmalı, üstəlik, ermənilərin Qarabağı tərk etməməsi üçün bütöv bir təminat sistemi tətbiq edilməlidir. Ermənistan ilk növbədə sərt tədbirlərə əl atmalıdır, çünki o, Qarabağda ermənilərin yaşamaq hüququnu qorumaq üçün öz üzərinə aydın öhdəliklər götürüb. Bu, beynəlxalq səviyyədə də qeydə alınır”, - deyə Minasyan əlavə edib.
Millət vəkili vurğulayıb ki, Ermənistan hərbi potensialından istifadə edərək bunu edə bilməsə belə, müttəfiqlərinin qüvvələrinə arxalanmalı, həmçinin müvafiq qüvvələrin cəlb edilməsi üçün beynəlxalq təşkilatlara müraciət etməlidir.
Nizami Bağırov