Siyasət 10:16 29.06.2022

Erməni politoloq Paşinyanın müharibə təhlükəsi ilə bağlı sözlərini şərth etdi

"Mən inanmağa meylliyəm ki, Nikol Paşinyan Azərbaycana gələcək güzəştlər üçün informasiya zəminini hazırlayır və müharibə təhlükəsi haqqında danışmaq bu güzəştlərə haqq qazandırmaq məqsədi daşıyır”.

Qaynarinfo Sputnik Ermənistana istinadla xəbər verir ki, bu sözləri siyasi şərhçi Vigen Akopyan deyib.
 
Onun fikrincə, Paşinyanın açıqlamaları, ilk növbədə, yeni müharibənin yaxınlaşması baxımından deyil, hakimiyyətin Azərbaycana yeni güzəştlərə getmək niyyəti baxımından təhlükəlidir.

"Məntiq ondan ibarətdir ki, əgər Ermənistan müəyyən siyasi və ya ərazi güzəştlərinə getməsə, o zaman deməli, müharibə olacaq. Baş nazirin açıqlamalarının mahiyyəti bundan ibarətdir”, - ekspert Sputnik Ermənistan-a müsahibəsində bildirib.

Ekspertin nöqteyi-nəzərincə müharibələr heç vaxt yalnız münaqişə tərəflərinin istəyi ilə başlamır, bunun üçün çoxsaylı beynəlxalq, geosiyasi, iqtisadi amillər tələb olunur ki, bu da həmişə tərəflərdən asılı deyil. Akopyan regional vəziyyətin təhlilinə daha geniş prizmadan, qlobal dəyişikliklər kontekstindən yanaşmağı zəruri hesab edir. Cənubi Qafqazda yeni müharibə üçün müxtəlif güc mərkəzləri arasında şərti konsensus lazımdır. Məlum səbəblərdən indi belə bir konsensus yoxdur.
 
Alpər