Xəbər lenti

Erməni qadın Bakıda jurnalist oldu – FOTO
Ölkə13:50 12.12.2016

Erməni qadın Bakıda jurnalist oldu – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu yaxınlarda Bakıda sülhməramlı konfransda iştirak edən Ermənistandan olan hüquq müdafiəçisi və jurnalist Syuzan Caqinyan yaşamaq üçün Azərbaycanda qalır. 

Haqqin.az informasiya-analitik portalın məlumatına görə, Caqinyan nəşrin ştat işçisi olub. Onun işinə Ermənistandakı hadisələri işıqlandırma daxil olacaq. 

Məlumatda həmçinin qeyd edilir ki, Caqinyan Ermənistan vətəndaşlığından imtina etmək arzusunu bildirib və BMT-nin Azərbaycandakı nümayəndəliyinə onun siyasi qaçqın kimi tanınması üçün müraciət edib.

Ermənistan vətəndaşlığından imtina səbəbi kimi o, ölkəsində uzun illər ərzində müntəzəm olaraq haqlarının pozulduğunu deyib. 

Ona qarşı cinayət işi açılıb, əmlakı müsadirə edilib. Buna səbəb isə erməni məmurlarının korrupsiyaya uğramasına dair materiallar olub. 

“Meridian” hüquq-mühafizə QHT sədr müavini Syuzan Caqinyan, noyabrın 8-də Bakıya “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və tənzimləmə perspektivləri. Ermənistan və azərbaycandan baxış” adlı beynəlxalq konfransda iştirak etmək üçün gəlib.    

Onunla bərabər Bakıya daha iki erməni hüquq-mühafizəçisi Vaqe Avetyan və Vaan Martirosyan da gəlib.  

Azərbaycan tərəfini konfransda Dağlıq Qarabağda Azərbaycan İcmasının üzvləri Rövşən Rzayev, Bakı Dövlət Universitetinin professoru Kamil Səlimov, “İctmaiyyətlə əlaqələrin inkişafına dəstək” İB sədri Şəlalə Həsənova təmsil edib. 

Qaynarinfo.Az