Xəbər lenti

Erməni qadın uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışdı
Ölkə18:59 06.09.2021

Erməni qadın uşaqlarıyla birgə Xankəndidən Şuşaya keçməyə çalışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 1-də işğal illərində Şuşada yaşayan, hazırda isə dörd azyaşlı uşağı ilə Xənkəndidə məskunlaşan İzaura Balasanyan övladları ilə birgə yenidən Şuşaya qayıtmağa cəhd edib.
O, Rusiya sülhməramlılarının müdaxiləsilə saxlanılaraq geri göndərilib.
Məlumat Ermənistan mətbuatında yayılıb.
Qadının sözlərinə görə, onu bu addımı atmağa hazırda qaldığı evin sahibi vadar edib. Belə ki, o, ev kirayəsini 100 min dramdan (322 azn) 150 min dramadək (498 azn) artırıb.
Erməni qadın müvafiq qurumlara kömək üçün müraciət etdiyini və artıq itirəcək heç nəyinin olmadığını bildirib.
O, həmçinin uşaqların atasının uzun illər öncə ürək tutmasından öldüyünü də qeyd edib. (oxu.az)