Xəbər lenti

Erməni separatçıların sonuncu çırpıntıları: “İşğal qanunu” nəyə xidmət edir?
Siyasət12:58 17.02.2022

Erməni separatçıların sonuncu çırpıntıları: “İşğal qanunu” nəyə xidmət edir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Separatçı rejim özünə təskinlik vermək, özünü bir növ aldatmaq üçün bu cür addımlara gedir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında şərhçi Azər Həsrət Qarabağdakı qondarma rejim "parlamenti”nin "işğal olunmuş ərazilər haqqında” qondarma qanun layihəsini birinci oxunuşda qəbul etməsi fonunda separatçıların bu hərəkətinin hansı məqsəd daşıdığına aydınlıq gətirərkən deyib: 
"Bu, separatçılardan ibarət son qalıqların sonuncu çırpıntılarıdır. Qondarma rejimi idarə edənlər bununla sadəcə olaraq imitasiya ilə məşğuldurlar. Bununla özlərinin var və mövcud olduqlarını, guya dirəniş göstərdiklərini ortaya qoymaq istəyirlər. Amma boş şeylərlə məşğuldurlar. Qarabağ Azərbaycan torpağıdır. Orada heç bir qeyri-qanuni hərəkətlərə yol verilə bilməz”. 
Həmsöhbətimiz bildirir ki, qondarma rejim bu əməllərilə imitasiya ilə məşğul olduğunu ortaya qoyur:
"Çünki qondarma rejimin atdığı addım imitasiyadan başqa bir şey deyil. Bu cəfəng düşüncələrlə həm özlərini, həm də ümumilikdə dünya ermənilərini aldadırlar, guya nə iləsə məşğuldur və mövcuddurlar. Boş şeydir. Nəticə də gözlənilmir. Dünyanın heç bir normal ölkəsi, beynəlxalq təşkilatlar onları tanımayıb, tanımayacaq da”. 
Rüfət Sultan