Xəbər lenti

Erməni spiker fransızların sevgisinə inanmır: "Bakı ilə birbaşa danışıqlar istisna deyil"
Siyasət13:48 15.01.2024

Erməni spiker fransızların sevgisinə inanmır: "Bakı ilə birbaşa danışıqlar istisna deyil"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə jurnalistlərə bildirib ki, İrəvanla Bakı arasında birbaşa danışıqlar istisna deyil.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu, təbiidir.
"Məsələn, fransızların bizi gözəl gözlərimizə, tariximizə görə sevdiyini düşünmək üçün romantik olmağa ehtiyac yoxdur. Başqaları bizi sevmir - bunlar nağıllardır. Maraqlar ya üst-üstə düşür, ya da uyğun gəlmir", deyə Simonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan üzərində təsir rıçaqlarına sahib olmaq istəyən bütün ölkələr bunun üçün "yaxşı" vasitəçi olmağa çalışacaqlar. Ancaq İrəvan da, Bakı da öz məsələlərini həll etməlidir ki, başqa ölkələrin böyük oyununda alver predmeti olmasın.
"İstisna etmirəm ki, birbaşa danışıqlar da ola bilər, çünki bizim belə danışıqların müsbət təcrübəmiz var. Məsələn, 32 məhbusun qaytarılması... Amma təbii ki, beynəlxalq ictimaiyyət də mühüm məqamdır", deyə Simonyan qeyd edib.
Aydın