Xəbər lenti

Erməni təşkilatı Azərbaycan səfirini təhdid edir (FOTO)
Siyasət07:10 30.01.2021

Erməni təşkilatı Azərbaycan səfirini təhdid edir (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın ABŞ-dakı səfiri ermənilər tərəfindən təhdid edilir.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən Qaynarinfo-ya bildirilib ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) Azərbaycanın ABŞ-dakı Səfirliyini hədəf alaraq, ölkəmizə, habelə səfir Elin Süleymanova qarşı nifrət zəminində və təhdid xarakterli ifadələrlə dolu kampaniyaya başlayıb.
"ANCA rəsmi Twitter və Facebook hesabında səfiri müharibə cinayətlərində ittiham edib. ANCA-nın bu statusu bir sıra erməni icması üzvlərinin ölkəmizə və səfirə qarşı eyni zəmində təhqir dolu mesajlar paylaşmasına səbəb olub”, - məlumatda bildirilib.