Xəbər lenti

Erməni vətəndaş: İndi Ermənistan, “Artsax” məni maraqlandırmır (VİDEO)
Siyasət08:28 17.06.2022

Erməni vətəndaş: İndi Ermənistan, “Artsax” məni maraqlandırmır (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Düzünü desəm, hazırda Ermənistan, "Artsax” məni maraqlandırmır, mənim daha vacib bir problemim var - çörək, yemək. 
Qaynarinfo xəbər verir ki, bunu Oragir News Yutub kanalının keçirdiyi bir sorğu zamanı sadə Ermənistan vətəndaşı deyib.
Vətəndaş özünün "Artsax”dan daha ciddi problemlərinin olduğunu bildirib:
"Düzünü desəm, hazırda nə Ermənistan nə də Qarabağ və başqa şeylər məni maraqlandırır, çünki mənim daha vacib bir problemim var - o da  yemək problemidir”, - illərlə kirayədə yaşadığını deyən İrəvan sakini  deyib.
 "Bu gün pulumuzu yeyirlər, yenə pul yemək üçün bir-biriylə vuruşurlar. Qoy getsinlər, Qarabağı düzəldib qursunlar, müstəqil olsunlar. Bu gün evin kirayəsi baha olduguna gorə ödəyə bilmirəm indi, isə məni evdən qovurlar.
2005-ci ildə Köçəryan dövlət ehtiyacları üçün məni evimdən qovdu. 16 ildir ki, kirayədə yaşayıram, indi ev sahibi kirayənin qiymətini qaldırmağa gəlir. Mənim üçün nə fərqi var, Qarabağı verəcəklər, ya verməyəcəklər. Mənim torpağım yoxdur, evim yoxdur, nə olsun ki, Ermənistanda yaşayıram. Qoy mənə İrəvanın mərkəzində yaşayanla qarabağlının fərqini başa salsınlar,  onda mən deyərəm ki, Paşinyan, ya Köçəryan həqiqəti deyir. Mənim üçün Köçəryanla Paşinyanın heç bir fərqi yoxdu. Mən bu gün çörəyə həsrətəm. Mənim üçün nə fərqi var ki, Qarabağ kimindir. Ruslar da gələndən qiymətlər artıb. Köçəryan yırtıq şalvarla gəldi, bütün İrəvanı taladı. Köçəryan və tayfası o qədər korrupsiyalaşıb ki, bu günə qədər hələ də onu uzaqlaşdıra bilmirlər”, - vətəndaş bildirib.
Telman