Xəbər lenti

Ermənidən yeni PUA təxribatı
Siyasət17:55 29.01.2015

Ermənidən yeni PUA təxribatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun cəbhənin Ağdam istiqamətində vurulan ermənilərə məxsus Pilotsuz Uçan Aparatın (PUA) vurulması xəbərini təkzib edib. 

Qaynar.info ANS PRESS-ə istinadən xəbər verir ki, xəbərdə deyilir ki, guya Azərbaycan Ordusu özünə məxsus PUA-nı dəyişik salaraq vurub və vurulmuş PUA-nın ermənilərə məxsus olmadığını bəyan edib. 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı açıqlamasında bildirdi ki, bu Ermənistan Müdafiə Nazirliyinin gülüşə səbəb olan yalanıdır: 

"Görünür Ermənistan Müdafiə Nazirliyinin başbilənləri növbəti dəfə düşdükləri bu xoşagəlməz və acınacaqlı vəziyyətdən çıxış yolunu tapmaq üçün həddindən çox fikirləşdilər. Düşünüb-daşınıb tapdıqları, ağıllarına gələn isə yenə də erməniyə xas, gülüşə səbəb olan erməni yalanıdır. Bu, tipik və yalnız ermənilərə xas olan açıq-aydın həqiqəti inkaretmə variantıdır. Hadisə ilə bağlı hər hansı əlavə şərh artıqdır və yersizdir".

Qaynar.info