Xəbər lenti

Ermənilər Ağdamda hərbi təlimlər keçirir
Ölkə09:00 18.07.2014

Ermənilər Ağdamda hərbi təlimlər keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qarşı tərəf əsasən artilleriya silahlarından istifadə edir

Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlər keçirir.

Bu gün saat 10.00 radələrindən Ağdamın işğal altındakı Uzundərə adlanan ərazisindən atəş səsləri eşidilməyə başlayıb.

Qarşı tərəf əsasən artilleriya silahlarından istifadə edir.

Təmas xəttinə yaxın yerləşən kənd sakinlərindən əldə etdiyimiz məlumata görə, ərazi dumanlı olduğundan hərbi texnikanın hərəkətini müşahidə etmək mümkün deyil, amma atəş səsləri aydın eşidilir.

Xatırladaq ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 56 dəfə pozulub.(anspress.com)

Qaynar.info