Xəbər lenti

Ermənilər alman deyil, mina xəritələrininsə əhəmiyyəti yoxdur - Politoloq
Siyasət11:55 16.11.2021

Ermənilər alman deyil, mina xəritələrininsə əhəmiyyəti yoxdur - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mina xəritələrinin qara qəpiklik əhəmiyyəti yoxdur. Bu məsələni, ümumiyyətlə, unutmalıyıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bu yaxınlarda Azərbaycan tərəfdən 44 günlük müharibə bitəndən sonra qanunsuz hərəkətlərə görə əsir götürülən 5 erməni terrorçu diversantın buraxılmasına rəğmən, İrəvan tərəfdən növbəti mina xəritələrinin hələ də verilməməsi məsələsinə toxunarkən deyib: 
"Bir müddət əvvəl 5 erməni diversantının təhvil verilməsi müqabilində, Azərbaycan Gorus-Qafan yoluna post qoyaraq iranlılar və ermənilərdən gömrük rüsumu alır. Yəni 5 diversantın bədəlinin müqabilində Azərbaycanın Gorus-Qafan yolunda post qoymasına ermənilər səslərini çıxara bilmir. 
Mina xəritələrinin isə qara qəpiklik əhəmiyyəti yoxdur. Onun etimallılıq dərəcəsi 20 faizdir. Ona görə də mina xəritələri sadəcə siyasi alver mövzusudur. Çünki ermənilərdə məsuliyyət hissi və intizam zəifdir. Mina xəritələri məsələsini, ümumiyyətlə, unutmalıyıq. Ermənilər alman deyil ki, basdırdıqları minaların yerini 100 faiz dəqiqliklə bilsinlər”.
Ümumiyyətlə, həmsöhbətimizin fikrincə, müharibədən sonra gərgiliyi aradan qaldırmaq üçün qeyd-şərtsiz, xoş niyyət əlaməti olaraq həmin əsir götürülən bütün diversant ermənilər buraxılsa, daha yaxşı olar: 
"Onlar onsuz da başdanxarab adamlardır. Onları üçtərəfli bəyanatdan sonra hərbə çağırıblar və hara gəldi göndərib, sonra da unutmuşdular. Xaricdən hüquq pozuntuları ilə bağlı gələn iradlar bizə lazım deyil. Yaxın 3-5 ildə Ermənistanda ordu olmayacaq. Odur ki, əsas diqqəti Qarabağın bərpasına, dövlətimizin güclənməsinə yönəltməliyik. İndi Azərbaycanı normal dövlət olaraq dünyaya tanıtdırmalıyıq”.
Rüfət Sultan