
Amerika Birləşmiş Ştattları Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi dövlət proqramı, xarici əməliyyatlar və əlaqəli proqramlar üzrə 2017-ci maliyyə ili üçün qanun layihəsini təsdiq edib.
"Qaynarinfo.Az" xəbər verir ki, sənədə əsasən, senat Ermənistana 24,1 milyon dollar məbləğində qeyri-hərbi yardım göstərilməsini də təsdiq edib. Qanun layihəsi, həmçinin Ermənistanda sığınacaq tapan suriyalı qaçqınlara yardımı da nəzərdə tutur.
Erməni mətbuatı yazır ki, Amerikadakı Erməni Assambleyası ABŞ-dan bundan əlavə humanitar yardımı almağa çalışır:"Amerika Erməni Assambleyası Ermənistana Suriya qaçqınları və Azərbaycanın başladığı aprel döyüşlərindən zərər çəkmiş Dağlıq Qarabağda bərpa işləri aparmaq üçün humanitar yardım almağa çalışır", deyə AEA-nın icraçı direktoru Arduni Brayan bildirib.
Qaynarinfo.Az