Xəbər lenti

Ermənilər atəşkəsi pozdu: ATV-nin operatoru yaralandı
Ölkə06:43 26.04.2016

Ermənilər atəşkəsi pozdu: ATV-nin operatoru yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gecə erməni hərbi birləşmələri cəbhə xəttində növbəti dəfə təxribatlar yaradaraq atəşkəs rejimini pozub.
"Report"un məlumatına görə, atışma zamanı ərazidə reportaj hazırlayan Azad Azərbaycan Televiziyasının (ATV) Qarabağ bürosunun operatoru Vicay Vəliyev qəlpə yarası alıb.
Belə ki, cəbhənin Tərtər rayonu Qarağacı kəndi istiqamətində erməni hərbi birləşmələrinin atdığı mərmi partlayıb və qəlpələrdən biri onun ayağına dəyib. 
Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan "Report"a bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicəyə göndərilib. 
Qaynarinfo.az