Ağdamın işğal altında olan Şahbulaq və Uzundərə adlanan ərazilərində güclü partlayış səsləri eşidilir. Anspress-in məlumatına görə, Ermənistan Silahlı Qüvvələri həmin ərazilərində hərbi təlimlər keçirir. Partlayış səsləri Ağcabədi, Bərdə və Tərtər rayonlarında eşidilir.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri hər il intensiv həyata keçirdikləri hərbi təlimləri davam etdirir.