Xəbər lenti

Ermənilər deputatı Azərbaycan və Türkiyənin maraqlarına xidmət edən "satqın" adlandırdı
Siyasət14:53 30.01.2022

Ermənilər deputatı Azərbaycan və Türkiyənin maraqlarına xidmət edən "satqın" adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AŞPA-da "Ermənistanda demokratik təsisatların fəaliyyəti” adlı qətnamə qəbul edilib.
Qaynarinfo xəbər verir ki, qətnamənin mətnində Ermənistan nümayəndə heyətinin təklif etdiyi bütün düzəlişlər qəbul olunub.
Səsvermədə AŞPA-dakı Azərbaycan və Türkiyə nümayəndələri qətnamənin əleyhinə səs verib. Həmçinin Niderlanddan bir nümayəndə və Ermənistan parlamentində təmsil olunan "Şərəfim var” fraksiyasının deputatı Hayq Mamicanyan qətnamənin əleyhinə çıxıb.
Xatırladaq ki, Mamicanyan deputat olmazdan əvvəl Ermənistan Respublikaçılar Partiyasının gənclər qanadının lideri olub. Onun bu addımı Ermənistanda hay-küyə səbəb olub, deputatı Azərbaycan və Türkiyənin maraqlarına xidmət edən satqın adlandırıblar.
"Bunu bir müddət Ermənistanın parlament diplomatiyası ilə məşğul olan bir qüvvənin nümayəndəsi edəndə daha anlaşılmazdır. Biz əminik ki, Mamicanyan azərbaycanlıların və türklərin mövqeyini təkbaşına deyil, hər gün vətənpərvərlikdən danışan "Respublikaçılar"ın qərarı ilə dəstəkləyib" deyə ermənilər deputatı tənqid edib.
Erməni siyasilərin fikrincə, inqilabdan sonra Paşinyana nifrəti və inqilabı qarşı olmaları "Respublikaçılar"ın gözünü o qədər kor edib ki, onlar dövlətin maraqlarına zidd hərəkət edərək "düşmənlər" dəstək verməyə belə hazırdırlar.
Qeyd edək ki, Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın nümayəndə heyəti səsvermə zamanı bitərəf qalıb.
Telman