Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağın Xankəndi şəhərində Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın başçılıq etdiyi nümayəndə heyəti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndi ofisinin rəhbəri Tomas Xaye arasında görüş keçirilib.
Anspress-in məlumatına görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilir ki, görüşdə əsir və itkin düşmüş, girov götürülmüş şəxslər barədə müzakirələr aparılıb və bu istiqamətdə olan problemlərin həlli yolları müzakirə edilib.
Ermənistan nümayəndə heyəti bəyan edib ki, Ermənistan tərəfi əsir və girovların qaytarılması istiqamətində Azərbaycan tərəfi ilə neytral zonada görüşərək istənilən formatda görüşlər keçirməyə hazırdır.
Qaynar.info