Xəbər lenti

Ermənilər indi də Ağdərədə yeni qəsəbə salır - FOTO
Ölkə10:37 05.03.2017

Ermənilər indi də Ağdərədə yeni qəsəbə salır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Livanda yerləşən Erməni Kilikiya Katolikosluğunun və Qarabağdakı qondarma rejiminin maliyyə dəstəyi ilə işğal altındakı keçmiş Ağdərə rayonu ərazisində Nor Kilikiya (Yeni Kilikiya) qəsəbəsinin açılış mərasimi olub.
"Qaynar" modern.az-a istinadən xəbər verir ki, Qazançı və Kiçan kəndlərinin sərhəddində yerləşən qəsəbədə inşa olunmuş 15 yeni ev sakinlərə paylanıb.
Yeni Kilikiyada hazırda daha 22 evin inşa olunduğu və gələcəkdə buranın şəhər tipli qəsəbəyə çevriləcəyi vurğulanıb.
Qaynar.Az