Ağdamın cəbhə kəndində ev yanır.
Qaynarinfo.Az cebhe.info-ya istinadən xəbər verir ki, rayonun Mirəşeilli kəndində Qasımov Eldar İsrafil oğluna məxsus evdə yanğın başlayıb. Hadisə yerinə cəlb edilən iki yanğınsöndürən briqadası hələ də davam edən yanğının qarşısını almağa çalışır.
Əməkdaşımızın hadisə yerindən əldə etdiyi məlumata görə, yanğın erməni hərbiçilərin kəndi yandırıcı güllələrlə atəşə tutmasından sonra başlayıb.
Qaynarinfo.Az