Öz müqəddəratını təyin etmək üçün referendum keçirən Şotlandiya bütün separatçılar üçün yaxşı dərs oldu – Qarabağ separatçılarından tutmuş katalonlara qədər. Şotlandiyalıların əksəriyyətinin ayıq və düşüncəli seçimi dövlətlərinin parçalanması tərəfdarı olanların seçdikləri yolunun yanlış olduğunu nümayiş etdirdi.
Şotlandiyada baş verən siyasi proseslərdən biz hansı nəticəlri çıxarmalıyıq? ANN.Az-ın bu və digər suallarını Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədi Asim Mollazadə cavablandırıb.
“Düşünürəm ki, Şotlandiya referendumu çox maraqlı presedentdir. Bu referendum öz müqəddəratını təyin etməyə hüququ nümunəsi olaraq Avropa baxışına və yanaşmalarına tamamilə uyğundur. Böyük Britaniya parlamenti Şotlandiyada referendumuna icazə verdikdən sonra keçirildi” – Asim Mallazadənin szölərin görə, hər iki tərəf güc tətbiq etmədən və zorakılıq göstərmədən Şotlandiya xalqı mədəni yolla müstəqillik haqqında suala cavab verdi.
"Mən Şotlandiya Milli Partiyasının ilk qurultaylarından birində iştirak edirdim. Onda bu partiya Böyük Britaniya parlamentində iki deputatla, Şotlandiya parlamentində isə onlarla deputatla təmsil olunurdu. 15 il sonra bu partiya Şotlandiya parlamentində seçkiləri qazandı və Şotlandiya hökumətini formalaşdırdı. Bu müddət ərzində millətçilər partiyası böyük yolu keçdi və əhalinin bir hissəsini inandırdı ki, onların xalqı Böyük Britaniyasız daha yaxşı yaşamağa qadirdi.
Buna əsas verən məqamlar - Şotlandiyanın müstəqilliyi ilə bağlı ümidlər və Şimal dənizində neft-qaz yataqlarıdır. Və əlbəttə, Şotlandiya cəmiyyətində geniş yayılmış, ingilislərə qarşı tarixi incikliklər. Şotlandiyalılar birgə yaşadıqları 300 il ərzində ingilislərlə çoxlu qarşıdurmalar yaşadılar. Şotland dilinə, milli geyiminə, hətta tuluq zurnasında ifa etməyə də qadağa qoyulmuşdu. Bu milli alətdə ifa etmək hüququnu şotlandiyalılar II Dünya Müharibəsindən sonra aldılar. Ola bilsin, bu milli amillər, milli yaddaşdakı incikliklər şotlandiyalılar üçün təşviqedici oldu. Mən təəccüblənmişdim ki, bu qurultayda məşhur aktyor, amerika şotlandı Şon Konneri də qonaq qismində iştirak edirdi. Bu, onu deməyə əsas verir ki, müharibədən sonra böyük britaniyanı tərk etmiş bir çox şotland indi ingilislərdən müstəqillik tərəfdarı kimi çıxış edirlər.
Bu referendumun səbəbləri iqtisadi deyildi, çünki öz iqtisadi yanaşmalarına görə Şotlandiya milli partiyası hətta daha soldur, nəinki Şotlandiyada ənənəvi güclü leyboristlər.
Bununla belə, nəticədən asılı olmayaraq, bu referendum dünya ictimaiyyətinə mədəni şəkildə göstərdi ki, belə məsələri necə həll etmək lazımdır.
Qarabağa, Moldovaya, Gürcüstana və Ukraynaya gəlincə, biz orada gücdən istifadənin şahidi olduq, həm də üçüncü ölkənin ordusunun tətbiqiylə. Orada etnik təmizləmələr oldu və mülki əhali qətlə yetirildi. Mən düşünürəm ki, Xocalıda baş verənləri nəzərə alsaq, onda erməni təşkilatları Şotlandiyada və Dağlıq Qarabağda baş verən hadisələr arasında paralellər aparmağa utanmalıdırlar", - A.Mollazadə deyib.
Qaynar.info