
Xəbər verdiyimiz kimi, bir müddət öncə ermənistanlı deputatlardan ibarət nümayəndə heyyəti NATO nun tədbirində iştirak etmək üçün Bakıda səfərdə olub.
Ermənilərin Bakı səfəri Azərbaycanda birmənalı qarşılanmadı və bir çox qurumların etirazına səbəb oldu.
Avropa.info nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, yaxın günlərdə daha bir erməni nümayəndə heyyətinin də Bakıya səfəri planlaşdırılır.
İyin ayının 28-dən iyul ayının 2-sinə kimi Bakıda ATƏT-in illik sessiyası keçiriləcək.
Həmin tədbirdə 3 erməni deputatlar Artaşes Qeqamyan, Stepan Dəmirçiyan, və Stepan Markaryan iştirak edəcək.
Qaynar.info