Xəbər lenti

Ermənilərdən etiraf: "2 əsgəri itirdik"
Ölkə07:28 20.02.2016

Ermənilərdən etiraf: "2 əsgəri itirdik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan ordusu dünən Azərbaycanın işğal olunmuş ərazilərində daha iki hərbçisini itirib.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Dağlıq Qarabağın separatçı rejimi kiçik çavuş Kamo Ovanisyan və əsgər Temur Sloyanın "fövqəladə hadisə" nəticəsində öldüyünü açıqlayıb.

"Hər dəfə "fövqəladə hadisə nəticəsində" biz oğullarımızı itiririk. "Fövqəladə hadisə" nə deməkdir? Bu üstüörtülü ifadə bizdə bir çox suallar doğurur: Niyə bizi aldatmağa çalışırlar ki, ordumuzda möhkəm hərbi intizam var? Orduda nə vaxta kimi xaos hökm sürəcək? Nə vaxta kimi bizə yalan danışacaqlar? Bu suallara cavab verilməlidir", - Ermənistan mediası yazıb.

Bildirilir ki, Ermənistan ordusu ötən il ərzində 70-dən çox hərbi qulluqçunu itirib: "Bu əsgərlərimizin döyüş ruhunu ciddi sarsıdır. Hərbi rəhbərliyimiz "fövqəladə hadisələri" fikirləşməlidir. Hörmətli generallar, siz əsgər analarına cavab verəcəksiniz?"

Qaynar.info