Xəbər lenti

“Ermənilərin 20 il həbs veridiyi əsgərimizin xilası üçün bu addımları atmalıyıq”
Siyasət10:58 22.06.2023

“Ermənilərin 20 il həbs veridiyi əsgərimizin xilası üçün bu addımları atmalıyıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bakı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə və yalnız 2-2-yə nisbətində dəyişmə baş verə bilər”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Konstitusiya Aşardırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Ermənistan məhkəməsinin əsir saxlanılan azərbaycanlı əsgər Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum etməsi fonunda onun azad edilməsi üçün atacağı addımlardan danışarkən deyib.
Ekspert qeyd edib ki, Ermənistanın bu qərarının arxasında hüquq yox, siyasət dayanır: 
"Ermənistanın Azərbaycan əsgəri barədə verdiyi qərar qeyri-qanuni və qondarmadır. Onu cinayətkar kimi göstərməyə yönəlik cəhdlərlə Ermənistan çalışır ki, azərbaycanlıların simasında cinayətkar obrazı yaratsın. Azərbaycan əsgəri tərəfindən verilən açıqlamaların hamısı işgəncə və hədə-qorxu altında verilən ifadələrdir. Ona görə də bu ifadələr heç bir ittihamın əsasını təşkil edə bilməz. Təəssüf ki, Avropa Məhkəməsi məsələyə münasibətdə aralıq tədbirlərin həyata keçirilməsilə bağlı qərar qəbul etmədi. İrəvan Azərbaycan əsgərlərinə münasibətdə hərbi əsirlər kimi davranmalı idi. Çünki təsadüf, hava şəraitinin pis olması nəticəsində əsgərlərimiz Ermənistan ərazisinə daxil olub. Bakı ilə İrəvan arasında həmçinin təsadüf nəticəsində sərhədi keçənlərin geri qaytarılması barədə ümumi razılaşma var. Ona əsasən Bakı 10-dan yuxarı şəxsi geri qaytarıb”.
Əliməmməd Nuriyev vurğulayıb ki, Ermənistan humanitar hüquq normalarına əməl etmir və beynəlxalq təşkilatlar da məsələyə münasibətdə susqunluq nümayiş etdirir: 
"Azərbaycan məsələyə öz etirazını bildirib və bildirməkdə davam edir. Azərbaycan öz vətəndaşı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. Əsirlərin geri qaytarılması məsələsi ətrafında danışıqlar gedir. Tezliklə bu istiqamətdə nəticələr olacaq. İrəvan iki Azərbaycan əsgərinin qaytarılması müqabilində ölkəmizdə terror aktı törədərək, cinayət məsuliyyətinə cəlb edilən bütün ermənilərin azad olunmasını istəyir. Bu mümkün olan məsələ deyil. Yalnız ikinin ikiyə dəyişdirilməsi baş verə bilər. Beynəlxalq hüququn növbəti dəfə işləmədiyinin şahidi oluruq. Qərb hüquq sistemi ikili standartdan çıxış edərək, Ermənistanla bağlı məsələyə reaksiya bildirmir, Azərbaycanla bağlı məsələlərə isə dərhal sərt münasibət bildirir”. 
Qeyd edək ki, Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib. O, Zəngəzur mis- molibden kombinatının gözətçisini "qətlə yetirməkdə təqsirləndirilib". 
Xatırladaq ki, Naxçıvan  Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb. Aqşin Bəbirov və Hüseyn Axundov  "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. 
Rüfət Sultan