Xəbər lenti

Ermənilərin daha bir pilotsuz aparatı məhv edildi
Ölkə16:23 12.12.2016

Ermənilərin daha bir pilotsuz aparatı məhv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dekabrın 12-də Ermənistan ordusunun daha bir pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən vurulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo.Az-a bildiriblər ki, axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən düşmənin pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Bu, gün ərzində Ermənistan ordusunun Silahlı Qüvvələrimiz tərəfindən məhv edilən ikinci pilotsuz uçuş aparatıdır.

Qaynarinfo.Az