Xəbər lenti

Ermənilərin Laçını tərk etməsi hələ münaqişənin həlli demək deyil - Hərbi ekspert
Siyasət12:20 25.08.2022

Ermənilərin Laçını tərk etməsi hələ münaqişənin həlli demək deyil - Hərbi ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın günlərdə Laçın şəhəri və ətraf kəndlər tamamilə Azərbaycan ordusunun nəzarəti altına keçəcək. Avqustun 25-i ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərindən çıxmaları üçün son gündür. Məlumatlara görə, ermənilər artıq həmin ərazilərdən tamamilə çıxarılıb. Laçın dəhlizində müvəqqəti yerləşdirilmiş rusiya sülhməramlıları köçməyə hazırlaşır. Dəhlizinin girişində və yol boyu qoyulmuş postlar, nəzarət-buraxılış köşkləri, rusiyalı hərbçilərin yaşadığı tikililər də sökülür.
 
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirir ki, taktiki və strateji baxımdan həmin məntəqələrin Azərbaycana təhvil verilməsi bölgədə iki ildir davam edən hərbi-siyasi qarşıdurmanın ölkəmiz üçün uğurlu məntiqi nəticəsindən qaynaqlanır:
"Baş verən proses onu deməyə əsas verir ki, münaqişənin həlli istiqamətində hələ çox işlər görülməlidir. Laçın, Zabux və Sus kəndlərini ermənilərin tərk etməsi hələ münaqişənin həlli demək deyil”.
Həmsöhbətimiz deyir ki, "Dəmir yumruq” heykəlinin Laçına gətirilməsi də dövlətin qarşı tərəfə verdiyi mesajdır:
"Dövlət müxtəlif vasitələrdən istifadə edərək mesajlar verir. Bu mesajlar hərbi və siyasi kontekstdə hərbi parad, təlimlər, hərbi birləşmələrin yerdəyişməsi və bu cür simvolik təqdimatlarla nümayiş etdirilir. "Dəmir yumruq” heykəlinin Laçında quraşdırılması da həmin təqdimatlardan biridir. Dəmir yumruğu təmin edən Azərbaycan Ordusudur”.
Ekspert onu da qeyd edir ki, hələlik Laçın şəhərində müəyyən qədər erməni qalıb:
"Zabux və Sus kəndlərindən isə demək olar, tamamilə çıxıblar. Prosesin uzanması ermənilərin bəzi infrastrukturu çıxarıb aparmaları ilə bağlıdır”.
Rüfət Sultan