Xəbər lenti

Ermənistan aviaşirkəti İrəvan-İstanbul reyslərini yerinə yetirəcək
Siyasət15:19 30.12.2021

Ermənistan aviaşirkəti İrəvan-İstanbul reyslərini yerinə yetirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın "Flyone Armenia" aviaşirkəti İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reyslərini yerinə yetirəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə aviaşirkət Ermənistan hakimiyyət orqanlarından icazə alıb.
Hazırda müvafiq razılığı Türkiyə tərəfi verməlidir.
Uçuşlar 2022-ci ilin yanvar ayından başlayacaq.
Dekabrın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, İstanbul-İrəvan-İstanbul marşrutu üzrə uçuşlar həyata keçirmək üçün Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxılır.