Xəbər lenti

Ermənistan blokadadan çıxa bilər? - Paşinyanın 600 milyonluq avantürası
Siyasət15:45 18.12.2019

Ermənistan blokadadan çıxa bilər? - Paşinyanın 600 milyonluq avantürası

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Gürcüstanın Batumi limanını almaq istəyir.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, qiyməti 600 milyon dollar olan limanı almaqla rəsmi Yerevan ölkəyə yüklərin maneəsiz gətirilməsinə nail olmağı hədəfləyib.
"Səhmdar cəmiyyətin yaradılması müzakirə olunur. Diaspor biznesmenləri də bunun bir parçası olacaq. Amma hazırda bu vəsaiti ayırmağa hazır olan şəxs yoxdur”-deyə qəzet yazır. Məqalədə limanın alınması üçün Nikol Paşinyan hökumətinin aktiv fəaliyyətə keçdiyi və pul mənbəyi axtardığı da vurğulanır.
Hazırda Batumi limanı Qazaxıstanın "Kazumnayqaz” dövlət şirkətinə məxsusdur. Ermənistana idxal olunan məhsulların 60%-ə qədəri Batumi və Poti limanlarından gətirilir.