Ermənistan hakimiyyəti İrəvanda etiraz edən şəxsləri mühakimə etmək niyyətində deyil.
Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan RİA Novosti agentliyinə müsahibəsində deyib.
"Nə danışırsınız! Bizdə hüquqi demokratik ölkə var, müvafiq olaraq, bütün proseslər sırf hüquqi istiqamətdə aparılır", - Qriqoryan müvafiq suala cavab
verib.
O, həmçinin qeyd edib ki, onun fikrincə, etirazlar problem deyil, bu, "tamamilə normaldır”.
"Bizdə tamamilə açıq, demokratik, şəffaf seçkilər keçirildi və məncə, bu gün müzakirə olunan bütün suallara artıq əksəriyyət tərəfindən cavablar verilib", - Baş nazirin müavini vurğulayıb.
Xatırladaq ki, Ermənistanda etiraz dalğası Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı bəyanatından sonra yüksəlib.
Alpər