Nikol Paşinyan son mətbuat konfransı zamanı bəyan edib ki, belə bir təəssürat var, sanki inflyasiya yalnız Ermənistandadır, halbuki bu hadisələr qlobal problemdir və dünyada elə bir ölkə yoxdur ki, planlaşdırılandan artıq inflyasiya olmasın. Paşinyan hökumətin son iclasında da bu fikri təkrar edərək, 2021-ci ildə Ermənistanda ciddi inflyasiya olduğunu, bunun dövlət büdcəsində nəzərdə tutulandan artıq olduğunu qeyd edib və sonra əlavə edib: Təəssüf ki, inflyasiya bir qlobal problem olaraq qalmaqdadır.
Hər kəsə məlumdur ki, bu gün nəinki Ermənistan, hətta dünyanın müxtəlif ölkələri də inflyasiya ilə üzləşiblər. İnkişaf etmiş ölkələrin vəziyyətində inflyasiya əsasən COVID-19-un tətbiq etdiyi məhdudiyyətlər və bəzi hallarda istehsal gücünün pozulması ilə əlaqədardır. Lakin qeyd etmək lazımdır ki, inflyasiyanın yüksək olduğu həmin ölkələrin əksəriyyətində böhrandan sonrakı dövrdə də yüksək iqtisadi artım qeydə alınıb, bu da 2020-ci ildəki azalmaların fonunda yüksək olub. Bütün bunların nəticəsində həmin ölkələrin əhalisinin real gəlirləri də artıb. Bəs Ermənistanla bağlı nə deyə bilərik.
2021-ci ildə Ermənistanda faktiki iqtisadi fəallığın artımı 5,8% təşkil edib ki, bu da 2020-ci illə müqayisədə azalma faizinə görə aşağı olub. Ermənistanda 2021-ci ilin dekabrında inflyasiya bir qədər azaldı, lakin qiymətlər artmaqda davam etdi. Ermənistan Mərkəzi Bankı yaranmış inflyasiyaya cavab olaraq il ərzində bir neçə dəfə yenidən maliyyələşdirmə dərəcəsini artırıb. Sonuncu dəfə dekabr ayında yenidən 0,5% artırma olub.
Lakin Mərkəzi Bankın siyasəti hələ də inflyasiya səviyyəsinin aşağı düşməsinə gətirib çıxarmayıb. Digər tərəfdən, Ermənistanda yüksək inflyasiya iqtisadiyyatın kifayət qədər ləng bərpası ilə müşayiət olunur ki, bu da öz növbəsində vətəndaşların gəlirlərinin azalmasına səbəb olub, üstəlik də su, işıq və qaz tariflərinin artırılmasıda əlavə çətinliklər yaradıb. Bu arada isə Ermənistan hökuməti ölkədə yoxsulluğun səviyyəsini 2026-cı ilə qədər iki dəfə azaltmaq vədi verib.
2021-ci ilin dekabrında 12 aylıq inflyasiya 7,7% təşkil edib, lakin qeyd etmək lazımdır ki, səngimə ötən ilin dekabrında baza effekti ilə qiymətlərin kəskin bahalaşması ilə bağlıdır. Fakt budur ki, 2021-ci ilin dekabrında istehlak qiymətləri əvvəlki ayın noyabr ayı ilə müqayisədə 1,6% artıb ki, bu da artım tempinin aşağı düşməməsi deməkdir.
Ermənistan hökumətinin inflyasiyanın azaldılması və ya cilovlanması üçün xüsusən də İqtisadiyyat naziri Vahan Kerobyan öz növbəsində İqtisadiyyat Nazirliyinin inflyasiyaya görə məsuliyyət daşımadığını bəyan etdiyini nəzərə alsaq, Milli Bankın siyasətindən başqa hansı vasitələrdən istifadə edəcəyi bəlli deyil. Eyni zamanda, Ermənistan hökuməti 2022-ci il üçün 7% iqtisadi artım hədəfini müəyyənləşdirib və bunun inflyasiyanı idarə etməyə imkan yaradacağına ümid edir. Lakin ölkədə iqtisadi canlanmanın demək olar, olmaması 2022-ci ildə 7% iqtisadi artım proqnozunu doğruldacaq ümüdlərini azaldır.
Telman Qasımov