Xəbər lenti

Ermənistan İsraili hədələməkdənsə sabahkı mövcudluğunu düşünsün... (ŞƏRH)
Siyasət07:57 06.11.2020

Ermənistan İsraili hədələməkdənsə sabahkı mövcudluğunu düşünsün... (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Ermənistanın mövcudluğu və bundan sonra hansı formada qalacağı dəqiq deyil”.

BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri Vladimir Poqosyanın sosial şəbəkədə İsraili hədələməsinə aydınlıq gətirərkən deyib. O bildirib ki, Ermənistan 30 il bundan əvvəl anlamalı idi ki, başqa bir ölkənin ərazisini işğal etmək, dinc sakinlərinə qarşı soyqırım aktı törətmək, günahsız insanları qələ yetirməklə onlar hərbi cinayətlərini ört-basdır edə bilməyəcəklər:

Ramil Məmmədli

"Zaman gələcək ki, Azərbaycan hansısa formada ona cavab veəcək və ərazilərini işğaldan azad edəcək. Ermənistanın Azərbaycana dəstək olan ölkələrlə bağlı səsləndirdiyi fikirlərə gəlincə, bəli, 1988-1994-ci illərdə Ermənistan məlum ölkələrin dəstəyi ilə Azərbaycan ərazisini işğal etdi. Bu gün Azərbaycana dəstək verən ölkələri hədələyən Ermənistan yaxşı olar ki, o dövrü xatırlasın. Azərbaycan dövləti bütün çətinliklərə sinə gələrək bu illər ərzində öz iqtisadiyyatını gücləndirdi, ordu quruculuğunu möhkəmləndirdi. Bu gun Azərbaycanın yanında olan ölkələr sadəcə, onun yanında deyil, onlar bütün sahələrdə Azərbaycanla əməkdaşlıq edirlər”.

Vladimir Poqosyan

Ermənistanın İsarili və digər dost ölkələrini hədələməsinə gəlincə, Ramil Məmmədli bildirib ki, bundan sonra Ermənistanın normal dövlət olması belə sual altındadır:

"Bu müharibədən sonra Ermənistanın bir dövlət olaraq hansı statusda olacağı hələ bəlli deyil. Onsuz da nominal bir ölkə olan Ermənistanın məğlub olduqdan sonra hansı vəziyyətə dişəcəyi də artıq indidən hiss olunmaqdadır. Yaxsı olar ki, onlar Azərbaycan ərazisində xarici ölkələrin dəstəyi ilə qurduqları respublikanı saxlayıb, hardasa ordada yaşamaq haqqında düşünsünlər. Ən yaxsı hal budur, nəinki basqa ölkələri hədələmək”.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri Vladimir Poqosyan sosial şəbəkədə İsraili hədələyib. O, "İsrail 1933-cü il Almaniyası ilə bərabərdir. Heç kəsi bağışlamayacağıq və zaman gələcək sizdən qisasımızı alacağıq, bilin", - deyib.

Bahar Rüstəmli