Xəbər lenti

"Ermənistan istəyinə nail ola bilmədi" - Politoloq
Siyasət12:49 23.07.2020

"Ermənistan istəyinə nail ola bilmədi" - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ermənistanın Tovuz istiqamətində təxribat törətməkdə məqsədi məhz KTMT-ni münaqişəyə cəlb etmək istəyi idi".
Bunu "MediaPost"a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, istəyinə nail ola bilməyən Ermənistan hər an növbəti təxribatlar törətməyə çalışır:
"Prezident İlham Əliyev Bakıda şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin, avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bir sıra vacib məsələlərə toxundu. Xüsusilə də, Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) iki ölkə arasında gedən döyüşlərə cəlb etməyə cəhd göstərməsi məsələsindən danışdı. 
Düşünürəm ki, Ermənistanın Tovuz istiqamətində təxribat törətməkdə məqsədi məhz KTMT-ni münaqişəyə cəlb etmək istəyi idi. Məlumdur ki, Azərbaycan bu təşkilata üzv deyil".
Politoloqun fikrincə, Ermənistan silahlı təxribatı ilə istədiyi nəticəyə çata bilmədi: "KTMT hərbi-siyasi bloku NATO-ya qarşı yaradılıb və təşkilatın nizamnaməsinə görə, bura üzv olan dövlətlərə qarşı hərbi müdaxilə olarsa, təşkilat tərəfindən koordinasiya olunmuş şəkildə təcavüzə məruz qalan ölkəyə hərbi və siyasi dəstək verilir. Ermənistan da belə bir dəstək gözləyirdi, ancaq alınmadı. Ermənistanın həm Rusiya, həm də bu təşkilatla münasibətləri normal səviyyədə deyil. Bu da, Rusiyanın neytral mövqedə olması ilə nəticələndi".