"Döyüşlər zamanı erməni tərəfi itki verib. Ermənistan silahlı qüvvələrinin daha 21 hərbçisi öldürülüb. Hazırda hərbçilər arasında itki sayı 240 nəfərdən çoxdur”.
Qaynarinfo Virtualaz.org-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir.
Nazirlik Qarabağ münaqişəsi zonasında döyüşlər zamanı öldürülən həmin 21 hərbçinin siyahısını da dərc edib. Onların arasında ehtiyatdan çağırılan 3 nəfərin də (Mxitaryan Azat Vaagoviç, Sedrak Genrixoviç Levonyan və Asatryan Simon Gegamoviç) adı var.