Xəbər lenti

Ermənistan KTMT üzvü ola-ola, NATO ölkəsi Polşa ilə hərbi əməkdaşlıq sazişi imzaladı
Siyasət 20:04 26.02.2026

Ermənistan KTMT üzvü ola-ola, NATO ölkəsi Polşa ilə hərbi əməkdaşlıq sazişi imzaladı

Ermənistan Baş naziri Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyətinin Varşavaya rəsmi səfəri çərçivəsində Ermənistan və
Polşa arasında hərbi-texniki əməkdaşlıq üzrə saziş imzalanıb.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, sənədi Ermənistanın xarici işlər Naziri Ararat Mirzoyan və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış imzalayıb.

Qeyd edək ki, Polşa 1999-cu ildən etibarən NATO-nun üzvüdür və alyansın kollektiv müdafiə və hərbi-texniki əməkdaşlıq sahəsindəki təşəbbüslərində fəal iştirak edir. Ermənistan isə öz növbəsində, bir sıra postsovet ölkələrini birləşdirən hərbi-siyasi ittifaq olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.
--> -->