Xəbər lenti

Ermənistan milli planşetini yaratdı
Ekonomiks12:11 03.02.2014

Ermənistan milli planşetini yaratdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan özünün istehsal etdiyi ilk milli planşetini təqdim edəcək.

Qaynar.info
Armenpress-ə istinadən xəbər verir ki, sabah "Armeia-Marriot" otelində ilk milli planşetin təqdimatı keçiriləcək.

Bu barədə planşetlərin istehsalçısı olan "Technology and Science Dynamics" şirkətinin təsisçisi Vaan Çakaryan məlumat verib.

"Sabah "Armtab"ın rəsmi təqdimat mərasimi keçiriləcək. Erməni istehsalı olan smartfonlar da nümayiş olunacaq. Lakin təqdimat təkcə planşetlərə aiddir" deyə Çakaryan bildirib.

Planşetin qiyməti 180 dollar civarında olacaq. Planşetlərin proqram dizaynı və cihazları Ermənistan istehsalı olsa da, yığılma ABŞ və Honqkonqda baş tutub.

Qaynar.info