Xəbər lenti

Ermənistan MN İranın "silah hədiyyəsi"ni təkzib etdi
Siyasət11:45 08.12.2022

Ermənistan MN İranın "silah hədiyyəsi"ni təkzib etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan Müdafiə Nazirliyi İranın bu ölkəyə raketlər verməsi ilə bağlı xəbəri təkzib edib.
Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan açıqlama verib.
"İranın Ermənistana raket və raket sistemləri verməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil", deyə Aram Torosyan qeyd edib. 
Qeyd edək ki, İran növbəti dəfə Ermənistana gizli yollarla silahlar göndərməsi barədə xəbərlər yayılıb. Məlumata görə, oktyabr ayında İran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi "Dehlaviyeh”, 100 ədədi isə "Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksidir.
Aydın