Xəbər lenti

Ermənistan Naxçıvanın işğal olunmuş kəndini geri qaytaracaqmı?
Siyasət13:03 11.01.2021

Ermənistan Naxçıvanın işğal olunmuş kəndini geri qaytaracaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Naxçıvanın işğal altında olan Kərki kəndinin Azərbaycana 3 gün ərzində qaytarılması ilə bağlı yayılan məlumatlar Ermənistan rəsmiləri tərəfindən təkzib olunub.
Qaynarinfo xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Armin Muradyan "Sputnik Armeniya”ya verdiyi açıqlamada "Tiqranaşen” (Kərki) kəndinin Azərbaycana təhvil verəcəyi barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib. 
Azərbaycan və Ermənistan xüsusi xidmət orqanlarının rəhbərlərinin görüşündən sonra erməni Teleqram kanalları tərəfindən Kərki kəndinin 5 gün müddətində Azərbaycana geri qaytarılacağı ilə bağlı xəbərlər yayılıb. 
Qeyd edək ki, Ermənistanın şimalı ilə cənubunu birləşdirən əsas magistral yol Kərki kəndindən keçir.
Orxan Əhmədli