Xəbər lenti

Siyasət 18:49 18.10.2022

Ermənistan niyə silahlanır? - Politoloq

Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq yolunda proses sürətlənir. Ən azından Qərbin dəstəyi ilə keçirilən görüşlər belə düşünməyə əsas verir. Hətta yaxın iki ay ərzində sülh müqaviləsinin bağlana biləcəyi də iddia edilir. 

Amma maraqlıdır ki, sülh danışıqlarının intensivləşdiyi vaxtda tərəflərdən birinin - Ermənistanın qarşı tərəfi qıcıqlandıracaq ritorikası da artır, İrəvanın aqressivliyi hiss olunur. Ermənistan bir tərəfdən sülh müqaviləsindən danışır, Bakının 5 şərtinə razı olduğunu bəyan edir, digər tərəfdən isə Qarabağın statusu məsələsini hər fürsətdə qaldırmaqdan da çəkinmir. Onlar həmçinin sərhəddə təxribatlarına da son qoymur. Habelə, silahlanmaya da xüsusi önəm verməyə başlayıblar. 

Sülh sazişi üzərində işin getdiyi bir məqamda İrəvanın qarşı tərəfi qıcıqlandıracaq ritorikası nədən xəbər verir? 
 
Qaynarinfo-ya açıqlama verən politoloq Tural İsmayılovun bildirib ki, sülh danışıqlarının sürətləndiyi ərəfədə Ermənistanın ara-sıra qarşı tərəfi qıcıqlandıracaq ritorikaya keçməsi prosesi sabotaj etməyə hesablanmış addımdır:
 


"Bu addımlarla İrəvan sülh danışıqlarından yayınmağa, manevr etməyə çalışır. Ermənistan daim özünə sərf etməyən prosesi sabotaj etməklə məşğul olub. Ona görə də İrəvan beynəlxalq güclərin əlində oyuncağa çevrilib. Bu ölkə hələ də Rusiyanın forpostu rolundadır. Moskva Qərbin vasitəçilik missiyasını həzm edə bilmir. Ona görə də prosesi pozmaq üçün Ermənistandan müxtəlif vasitələrlə istifadə etməyə çalışır. 

Azərbaycan isə sülhə sadiqliyini nümayiş etdirir. Bakı Ermənistanın ərazi bütövlüyü əleyhinə hər hansı bir neqativ addım atılmır. Ermənistanın bu yolu tutması, bəzi hallarda qıcıqlandırıcı ritorika ilə çıxış etməsi gələcək sülh ehtimalının, eyni zamanda Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinin sabotaj edilməsi deməkdir. Buna görə də indi məsuliyyət daşıyan tərəf Ermənistandır. İrəvan üzdə Azərbaycanın sülh danışıqlarına "hə” desə də, beynəlxalq güclərin təhriklə yenidən silahlanmağa çalışır”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->