Xəbər lenti

Ermənistan Ordusu Ağdamda irimiqyaslı təlimlərə başladı
Siyasət10:52 30.04.2014

Ermənistan Ordusu Ağdamda irimiqyaslı təlimlərə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlərə başlayıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, təlimlər Ağdam rayonun işğal altında olan Uzundərə və Şahbulaq dağ massivində ağır artilleriya və zirehli texnikaların iştirakı ilə keçirilir.

Təlim zamanı açılan atəş və güclü partlayış səsləri Ağdam rayonu ilə yanaşı, Tərtər, Bərdə və Ağcabədi rayonlarında da eşidilir.

Qaynar.info