Xəbər lenti

Ermənistan ordusu itki verdi: 8 nəfər
Ölkə16:36 05.04.2017

Ermənistan ordusu itki verdi: 8 nəfər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ölən hərbçilərin sayı açıqlanıb

Bu ilin yanvar-mart ayları ərzində qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı açıqlanıb. 

"Qaynar" “Report”a istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi məlumat yayıb.

Məlumatda son üç ayda 8 ölüm faktının qeydə alındığı, onlardan ikisinin silahdan istifadə qaydasına düzgün əməl edilmədiyi, ikisinin yol-nəqliyyat hadisəsi və dəm qazından boğulma, ikisinin intihar, yaxud ölüm həddinə çatdırma, birinin isə səhhətində yaranan problem nəticəsində baş verdiyi qeyd olunub. 

Xəbərdə bildirilib ki, daha bir ölüm faktının səbəbi araşdırılır.

Məlumata görə, ötən ilin uyğun dövründə isə 3 ölüm qətl, 5-i bədbəxt hadisə, 5-i isə intihar və ya ölüm həddinə çatdırma nəticəsində baş verib. 

Qaynar.Az