XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ermənistan ordusunda əsgər ölümləri davam edir
Dünya18:11 20.04.2021

Ermənistan ordusunda əsgər ölümləri davam edir

Ermənistanın məğlub ordusunda əsgər ölümləri bitmək bilmir.
Ölkə KİV-də yayılan məlumatlara əsasən, bu gün hərbi hissələrdən birində ipdən asılı vəziyyətdə əsgər meyiti tapılıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti səhər saat 11:00 radələrində aşkar edilmiş cəsədin Narek Sevakoviç Xaçatryana aid olduğu bildirib.
Onun bir il öncə hərbi xidmətə çağırıldığı qeyd olunub.