Xəbər lenti

Ermənistan prezidenti təcili iclas çağırdı
Ölkə14:41 12.11.2014

Ermənistan prezidenti təcili iclas çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan prezidenti Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Ermənistan prezidenti Serj Sarkisyan təcili iclas keçirib.Anspress-in məlumatına görə, bu barədə Ermənistan Nazirlər Kabineyinin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Serj Sarkisyan bu gün Milli Təhlükəsizlik Şurasının Təcili iclasını çağırıb.İclasın təfərrüatları barədə hələlik açıqlama verilmir.

Qeyd edək ki, hazırda İrəvanda gərginlik davam edir. Ermənistan Nazirlər Kabinetinin binasının girişləri polis tərəfindən nəzarətə götürülüb. Buna səbəb İrəvanda keçirilən “Mən əleyhinəyəm” etiraz aksiyasının iştirakçılarının Maliyyə Nazirliyinin binasına girmək istəyi olub.

Polis aksiya iştirakçılarından kənara çəkilməyi tələb edib. Lakin onlar əmrə tabe olmayıblar. Nəticədə, polis binanın qarşısına canlı divar çəkib. Polislə aksiya iştirakçıları arasında toqquşma başlayıb.

Qaynar.info