Xəbər lenti

“Ermənistan Qarabağı qaytarmalıdır” - Bundestaqın deputatı
Siyasət14:40 04.06.2016

“Ermənistan Qarabağı qaytarmalıdır” - Bundestaqın deputatı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniya Bundestaqının deputatı Mark Hauptman parlamentin iyunun 2-də qəbul etdiyi qətnamə layihəsi ilə bağlı mətbuat bəyanatı verib.

Bəyanatda bildirilir ki, Ermənistan beynəlxalq hüquqa hörmət etməli və qonşuları ilə sülh münasibətlərinə çalışmalıdır.

“Amma təəssüf ki, biz bunun tam əksini görürük. 1993-cü ildən bəri Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir və Dağlıq Qarabağ bölgəsini beynəlxalq hüquqa zidd olaraq işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurası dörd dəfə yekdilliklə qətnamə qəbul edib ki, bu bölgə Azərbaycana geri qaytarılmalıdır. Ermənistan bu qətnamələrə indiyədək hörmətsiz yanaşır”, - deyə Bundestaqın üzvü bildirib. (Azərtac)

Qaynarinfo.az