Xəbər lenti

Ermənistan Rusiyanın silah göndərdiyini etiraf etdi
Siyasət 10:49 21.08.2021

Ermənistan Rusiyanın silah göndərdiyini etiraf etdi

Ermənistan tərəfi ötən ilin noyabrından, yəni Qarabağda hərbi əməliyyatlar başa çatandan sonra Rusiyanın bu ölkəyə "ordunun modernləşdirilməsi üçün” silahlar göndərdiyini etiraf edib.

Qaynarinfo xəbər verir ki, bu haqda Ermənistan Təhlükəsizlik Şurasını katibi Armen Qriqoryan ötən axşam İctimai Televiziyaya müsahibəsində deyib. 
"2020-ci ilin noyabrından başlayaraq biz öz arsenalımızı modernizə etmək və yeniləmək üçün Rusiyadan silahlar alırıq, bu proses fasiləsiz olaraq davam edir. Ermənistan hökuməti ordunu tam modernizə etmək niyyətindədir və bu vəzifə maksimal qısa müddət ərzində həll ediləcək”, Armen Qriqoryan belə deyib.

Aydın
--> -->