Xəbər lenti

Ermənistan Ruslan Pənahovu Azərbaycana qaytaracaq (YENİLƏNİB)
Ölkə17:47 04.03.2024

Ermənistan Ruslan Pənahovu Azərbaycana qaytaracaq (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan hərbçisi Ruslan Pənahov ən qısa zamanda Bakıya təhvil veriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən bildirilib.
Xidmət qeyd edir ki, bu, xoşməramlılıq jesti kimi və Ermənistanla Azərbaycan arasında azmış və qarşı tərəfə keçmiş hərbi qulluqçuların geri qaytarılmasına dair ən yüksək səviyyədə razılaşmaya uyğun olaraq həyata keçirilir.
21:47
Laçında yolu azaraq Teh kəndi yaxınlığında Ermənistan sərhədini keçən azərbaycanlı hərbçi Ruslan Pənahova qarşı cinayət təqibinə xitam verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sputnik Ermənistan” Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb .
Qeyd olunur ki, Pənahovun azaraq erməni mövqeləri yaxınlığında peyda olmasına dair "faktiki məlumatlar” daxil olub.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. 
Bundan sonra məlub olub ki, əsgər səhvən Ermənistan ərazisinə keçib və həbs edilib. Daha sonra Ermənistan İstintaq Komitəsi hərbçi Ruslan Pənahov haqqında təxribata cəhd, qanunsuz silah-sursat saxlama, irqi və dini dözümsüzlük zəminində adam öldürməyə cəhd maddələri ilə cinayət işi açıb. 
Nizami Bağırov