Ermənistan Respublikası prezidenti Vahaqn Xaçaturyan Edvard Asryanın Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilməsi haqqında fərman imzalayıb.
Qaynarinfo bu barədə Ermənistan mətbuatına istinadla xəbər verir.
Prezidentin sərəncamına əsasən Edvard Asryan beş il müddətinə Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.
Xatırladaq ki, uzun illərdir ordudakı xaos və kadr qıtlığı səbəbindən Ermənistan ordusunda davamlı kadr dəyişiklikləri baş verir.
Bundan başqa, orduda və Milli Təhlükəsizlik Xidmətində rəhbər şəxslərin Nikol Paşinyanın apardığı siyasətə qarşı etirazları səbəbindən həmin strukturlarda fikir ayrılığı və parçalanmalar bitib tükənmir.
Telman