Xəbər lenti

"Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil" - Ekspert
Siyasət09:16 14.12.2023

"Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil" - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İrəvan sülh müqaviləsini imzalamağa hazır deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yanvarda keçirilməsi gözlənilən Vaşinqton görüşünü şərh edərkən deyib.
Mehman Əliyev bildirib ki, sülhdən danışmaq hələ tezdir:
"Bəyanatlar yayıldı ki, guya sülh sənədi imzalanması üçün tam razılaşdırılıb. Erməni tərəfi hələlik sülh sazişini imzalamağa hazır deyil. Onlar müharibənin nəticələrini qəbul etmək istəmirlər. Digər tərəfdən, havadarları da onları sülh müqaviləsini imzalamağa tələsdirmirlər. Ona görə də nə yanvar, nə də fevralda hansısa bir sülh sazişinin imzalanması, hətta müqavilənin mətninin məzmunu istiqamətində tam olaraq razılığa gələcəklərini gözləmirəm. 
Düzdür, hər bir görüşdən sonra müəyyən yeniliklər olur. Bu mənada yanvarda XİN rəhbərlərinin görüşündə də bəzi yeniliklər gözlənilə bilər. Ancaq bu bir addım irəli getmək heç nəyə gətirib çıxarmır. Anklavlar məsələsi hələlik razılaşdırılmayıb. Ermənilər hər dəfə hansısa bir bəhanə gətirir".
Qeyd edək ki, Ermənistan televiziyasına açıqlamasında ölkənin xüsusi təyinatlı səfiri Edmon Marukyan Azərbaycan və Ermənistan XİN nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında Vaşinqton görüşünün 2024-cü ilin yanvarında baş tutacağını bildirib. O, həmçinin deyib ki, sülh  müqaviləsi imzalanması üçün hələlik hazır olmasa da, Vaşinqton görüşündə müqavilənin son mətninin razılaşdırılacağına ümidlər var. 
Rüfət Sultan