Xəbər lenti

Ermənistan XİN: “Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyindədir"
Siyasət09:42 07.03.2022

Ermənistan XİN: “Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyindədir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində dayanan prioritet məsələlərdən biridir”.
Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.
"Biz Ermənistan və bütün region üçün dinc inkişaf dövrünün başlanması strategiyasını qəbul etmişik. Bu istiqamətdə addımlar atmağa hazırıq. Digər tərəfdən, regional kommunikasiyaların açılması da hökumətin prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə də müxtəlif işlər görülür”, - deyə o bildirib.