Ermənistanda aksiyalarda iştirak edənlərin sayı niyə artmır? – Keçmiş nazir
"Bir həftədir ki, biz İrəvanda və regionlarda müxtəlif aksiyalar keçiririk və siz də müşahidə etdiniz ki, ətrafımıza kifayət qədər ciddi, sadə tərəfdaşlar toplanır”.
Qaynarinfo xəbər verir ki, bu sözləri müxalifətin təşkil etdiyi aksiyalarda iştirak edənlərin sayının artmaması ilə bağlı fikirə münasibət bildirərkən "Ermənistan” fraksiyasının rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib.
"Hər gün həmin aksiyalardan sonra oturub təhlil edirik, nəticələri ümumiləşdirir, müsbət cəhətləri, eləcə də mövcud çatışmazlıqları qeyd edirik. Düşünürəm ki, bu çarx irəli gedir, tərəfdarlarımızın sayı günü-gündən artmaqda davam edir. Bu, bir nəfərin hərəkatı deyil, keçmiş hakimiyyətlər, keçmiş prezidentlər bizim dəyərlər qazanmağımız üçün hər şeyi etdilər. Biz müstəqillik əldə etdik, suverenlik əldə etdik, o illərdə nizami ordu formalaşdı, biz Qarabağda qalib gəldik, Qarabağ və Ermənistan bir möhkəm təhlükəsizlik sistemi idi. Məhz bu hakimiyyət dövründə onlar 2018-ci ildə hakimiyyətə gələndə vəziyyətə ayıq qiymət verilməsi əvəzinə və qeyri-ayıq hərəkətləri və qərarları nəticəsində öz uğursuzluqlarını həyata keçirdilər. Onlar danışıqlar prosesinin qarşısını almaq üçün hər cür səy göstəriblər. Danışıqlar bitən yerdə isə düşmənçilik və əməliyyatlar başlayır”, - Seyran Ohanyan deyib.
Seyran Ohanyan Serj Sarkisyanın Parlamentdə danışıqlar prosesinin uğursuzluğa düçar olduğunu elan etməsi ilə bağlı müşahidəyə qarşı çıxıb:
"Serj Sarkisyanın dövründə danışıqlar prosesi uğursuzluğa düçar olmadı, müxtəlif sənədlər var idi və müxtəlif instansiyalarda onlar yalnız Qarabağın öz müqəddəratını təyin etməsini irəlilətməyə yönəlmişdi. Bu danışıqlar prosesi Qarabağa və Ermənistana qarşı hər hansı genişmiqyaslı əmliyyatların qarşısını aldı. Vəziyyəti "ayıq-sayıq dəyərləndirdiyinə görə” yeni müharibəyə səbəb olan indiki hakimiyyətdir”.
Onun sözlərinə görə, bu hakimiyyət müharibə illərində erməni xalqını birləşdirmək, qələbələr qazanmaq üçün heç nə etməyib:
"Müharibə boyu onlar, şəxsən dördüncü prezident və Nikol Paşinyan vəziyyəti bilmədən müxtəlif titullar, müxtəlif qəhrəmanlıq və general rütbələri verdilər. Nikol Paşinyan özü deyir ki, onlar nə təqdim ediblərsə, mən də prezidentə təqdim etmişəm. Niyə qiymətləndirmək imkanınız olmayıb? Mənə deyin, biz o adamı niyə qəhrəman adlandırırıq? Bu o deməkdir ki, siz idarəetmə sisteminin nə demək olduğunu, insan resurslarını idarə etməyin nə demək olduğunu bilmirsiniz, cənab Paşinyan”, - deyə Ohanyan bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər